12px13px15px17px
Tarix:31/01/13

“BlackBerry 10” platforması rəsmən təqdim edildi

Kanadanın "BlackBerry" şirkətinin baş direktoru Torsten Heyns yanvarın 30-da Nyu-York şəhərində keçirilmiş tədbirdə yeni "BlackBerry 10" mobil əməliyyat sisteminin (ƏS) tamamlanmış versiyasını təqdim edib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, yeni "BlackBerry 10" ƏS-nin iş nüvəsi tamamilə dəyişdirilib və o, bir çox yeni texnologiyaları dəstəkləyir. "BlackBerry" şirkəti tədbirdə, həmçinin yeni ƏS ilə işləyən "Z10" və "Q10" aparatlarını təqdim edib. "Z10" aparatı tamamilə sensor cihazdır, "Q10" isə Kanada şirkəti üçün ənənəvi olan "QWERTY" düzülüşlü klaviatura ilə təchiz edilib.

Şirkətin baş direktoru Heynsin sözlərinə görə, yeni aparatlar ilk növbədə Kanada, Böyük Britaniya, ABŞ və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) satışa çıxarılacaq.

Kanadada aparatın satışlarına fevralın 5-də, ABŞ-da martda, BƏƏ-də fevralın 10-da və Böyük Britaniyada bu gün start veriləcək. Aparatların qiyməti operator və qoşulma şərtlərindən asılı olaraq müxtəlif olacaq. "Q10" aparatı "BlackBerry 10" ƏS-i ilə işləyən baza modelidir.

O, "QWERTY" düzülüşlü klaviatura, 720x720 piksel təsvir ölçüsünə malik 3,1 düymlü sensor ekranla təchiz olunub. Aparatın korpusu xüsusi qorunmuş örtükdən hazırlanıb: o, daha incə və yüngül, lakin plastikdən daha möhkəmdir.

Aparatın ekranı sensordur, çünki "BlackBerry 10" ƏS-i əsasən jest idarəetməsinə əsaslanır. Texniki cəhətdən daha mükəmməl olan "Z10" aparatı 4,2 düymlü sensor ekrana malikdir. Ekranın təsvir ölçüsü 1280x768 piksel təşkil edir (356 ppi), aparat 1.5 QHs takt tezlikli ikinüvəli "Texas Instruments OMAP 4470" prosessoru, 2 Qb əməli yaddaş və 16 Qb daxili yaddaşla təchiz edilib.








Həmçinin, daxili "microHDMI" portuna malikdir, "NFC" texnologiyasını dəstəkləyir və 1080p formatında video çəkmək imkanına malik 8 meqapiksel təsvir ölçüsündə kamera və videoəlaqə üçün 2 meqapikselli ön kamera ilə təchiz edilib.




























































Yeri gəlmişkən, "Skype" şirkətindən verilmiş məlumata əsasən, o, bu gün "BlackBerry 10" ƏS-nə uyğun öz tətbiqinin rəsmi versiyasını istifadəyə verəcək.



Emil Hüseynov



Baxış sayı: 786

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024