12px13px15px17px
Tarix:31/01/13

"103" Mərkəzi dispetçer xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "103" Mərkəzi dispetçer xidmətinə stasionar telefon şəbəkəsindən daxil olan zənglərin telefon nömrələri və ünvanlarının onlayn təyin olunması məqsədilə, Səhiyyə Nazirliyinin müvafiq informasiya sisteminin "Elektron hökumət" portalına inteqrasiya olunaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Stasionar telefonların abunəçi kartotekası üzrə informasiya sistemi"ndən onlayn sorğuya əsasən istifadə etməyə imkan verən elektron xidmət tətbiq olunub.

Səhiyyə Nazirliyinin müraciəti ilə bağlı "103" informasiya sisteminə "Elektron hökumət" portalında təqdim edilən "Telefon üzrə ətraflı məlumat" elektron xidməti təqdim edilib.

"Elektron hökumət" portalında vətəndaşların istifadəsi üçün nəzərdə tutulmuş bir elektron xidmətin, digər bir qurum tərəfindən müvafiq informasiya sisteminin daha çevik və operativ işləməsinin təmin edilməsində, "Elektron hökumət" portalı üzərindən inteqrasiya olunan xidmət olaraq informasiya sistemləri arasında qarşılıqlı informasiya mübadiləsinin təşkili "Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrləri"nin formalaşdırılması nəticəsində mümkün olub.





Baxış sayı: 937

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024