12px13px15px17px
Tarix:02/02/13

“Müasir şəraitdə informasiya-analitik fəaliyyətin təşkili” kursları davam edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi İnnovasiyalar Mərkəzində (EİM) innovasiya və informasiya ixtisasları üzrə kadr hazırlığı davam etdirilir. "Müasir şəraitdə informasiya-analitik fəaliyyətin təşkili" üzrə ixtisasartırma kursunun növbəti dərsi EİM-in baş direktorun I müavini, iqtisad elmləri namizədi, dosent Arzu Hüseynova tərəfindən aparılıb.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Elmi İnnovasiyalar Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, A.Hüseynova "İnformasiya- analitik fəaliyyətin metodologiyası" mövzusunda mühazirəsi ilə çıxış edib və mühazirədə informasiya-analitik fəaliyyətin əsas metodoloji sistemləri, predmet sahəsinin və modelləşdirmənin formalaşdırılması metodları göstərilib.

Qeyd edək, kadr hazırlığı son illərdə AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi və "Odessa Milli Hüquq Akademiyasının" Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutu arasında aparılan əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Müqavilədə nəzərdə tutulan istiqamətlərdən biri kimi "Müasir şəraitdə informasiya-analitik fəaliyyətin təşkili" üzrə ixtisasartırma kurslarının təşkilinə yanvarın 25-dən etibarən start verilib.     

HƏQİQƏT





Baxış sayı: 1077

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024