12px13px15px17px
Tarix:02/02/13

Azərbaycan elminin nailiyyətlərini dünya elmi ictimaiyyətinə çatdıran portal mükafatlandırılıb

Azərbaycanda dövlət tərəfindən elmdə aparılan və yeni dövrün tələbləri ilə səsləşən islahatların, elmin inkişafı sahəsində ölkədə əldə edilmiş nailiyyətlərin və Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) bu sahədəki fəaliyyətinin operativ, dolğun və obyektiv şəkildə işıqlandırılması və təbliğinə görə www.science.az portalı EİF tərəfindən diplom və xatirə suveniri ilə təltif olunub.

“ICTnews” elektron xəbər xidmətinə portaldan bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) www.science.az portalı Azərbaycanda 1995-ci ildə www.ab.az adı altında istifadəyə verilmiş ilk veb-saytdır. Portal Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

AMEA Rəyasət Heyəti 26 sentyabr 2001-ci ildə www.science.az portalının yaradılması haqqında qərar qəbul edib və bu iş İnformasiya Texnologiyaları İnstitutuna həvalə olunub. www.ab.az saytı təkmilləşdirilib, 2003-cü ilin sentyabr ayından istismara verilib və əhatə etdiyi informasiya fəzasının miqyasına, məzmununa və arxitektur göstəricilərinə uyğun yenidən işlənərək www.ab.az adı saxlanılmaqla www.elm.az, www.nauka.az, www.science.az adlandırılıb.

Portalın əsas məqsədi AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının bir-birilə informasiya mübadiləsi aparmasına, həmçinin alim və mütəxəssislərin elmi nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaratmaqdır.

Portalda AMEA və bütövlükdə respublika elmi ictimai mühitində baş verən yeniliklərin - müxtəlif seminarlar, elmi və elmi-texniki konfranslar, simpoziumlar, yubileylər, nəşrlər, görüşlər və s. haqqında informasiyaların operativ əldə edilərək istifadəçilərə çatdırılır, AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının bir-birilərinin informasiya ehtiyatlarından kütləvi istifadə etməsinə, digər tərəfdən isə onların hər birinin dünya informasiya fəzasında tanınmasına geniş imkan yaradır. Azərbaycan elminin nailiyyətlərinin dünya elmi ictimaiyyətinə çatdırılması baxımından www.science.az portalı mühüm əhəmiyyət kəsb edir.

HƏQİQƏT



Baxış sayı: 789

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024