12px13px15px17px
Tarix:29/07/11

“Google” sosial şəbəkəsinə maraq azalıb

“Hitwise” şirkətinin yeni hesabatına əsasən, yeni “Google+” sosial şəbəkəsinə maraq azalıb. “Hitwise” sirkətinin məlumatına əsasən, keçən həftə “Google+” şəbəkəsinə daxilolmaların sayı əvvəlki həftə ilə müqayisədə 3% azalıb. Bundan əvvəlki həftədə saytın trafiki 283% artıb və təxminən 1,86 milyon insan sayta daxil olub. Bundan başqa, istifadəçilərin saytda keçirdikləri vaxt da 10% azalıb. Məlumat üçün qeyd edək ki, “comScore” şirkəti keçən həftə “Google+” sosial şəbəkəsində 20 milyon istifadəçinin qeydiyyatdan keçməsi haqqında məlumat verib. Analitiklər qeyd ediblər ki, şəbəkəyə maraq azalması istifadəçi azlığı ilə əlaqədardır. Çünki insanların əksəriyyəti əvvəlki kimi, “Facebook” kimi ən məşhur resurslara üstünlük verirlər.


internet.cnews.ru



Baxış sayı: 991

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024