12px13px15px17px
Tarix:05/02/13

“HTC” yenidən strategiyasını dəyişdirir

"HTC" şirkəti strategiyasını dəyirəşərək əsas diqqəti inkişaf etməkdə olan ölkələr üçün ucuz "ağıllı" telefon istehsalına yönəltmək niyyətindədir. Bu barədə şirkətin maliyyə direktoru Çan Ça Linə istinadən Röyters agentliyi məlumat verib.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, ötən ilin dördüncü rübündə "HTC"-in mədaxil həcmi 60 milyard tayvan dolları (2 milyard dollar) təşkil edib. Mənfəəti isə 1 milyard tayvan dollarına (33,9 milyon dollar) bərabər olub.

Xatırladaq ki, 2012-ci ilin əvvəlində şirkətin nümayəndələrinin bildirmişdi ki, seçilmiş yeni strategiyaya əsasən, cihazların sayı azaldılacaq, lakin onların hər biri daha keyfiyyətli və daha funksional olacaq.

Emil Hüseynov



Baxış sayı: 963

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024