12px13px15px17px
Tarix:05/02/13

Bu il Bakıda genişzolaqlı xidmətlərdən istifadə edən abunəçilərin sayı kəskin artacaq

Genişzolaqlı rabitə xidmətlərinin göstərilməsini genişləndirmək üçün BTRİB şəbəkəsinin ATS-də ADSL avadanlıqlarının montaj tutumları 35392 port artırılaraq portların sayı 139589 ədədə çatdırılıb. Bu barədə birliyin baş direktoru Beytulla Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bu vaxta kimi montaj olunmuş portların 105429 ədədi (internet xidməti - 103305 ədəd, İAD avadanlığı ilə telefonların qoşulması - 1441 ədəd, videotelefon - 12 ədəd və İPTV üçün - 671 ədəd) istifadəyə verilib.

Birlik rəhbəri 2013-cü ildə genişzolaqlı xidmətlərdən istifadə edən abunəçilərin sayının 33312 ədəd artacağının gözlənildiyini bildirərək kənar provayderlərə (operatorlara) məxsus ADSL-lər də nəzərə alındıqda BTRİB şəbəkəsində genişzolaqlı xidmətlərdən istifadə etmək imkanlığının 259658 porta çatdığını dedi.

Qeyd edək ki, hazırda həmin portlardan 192934 ədədi (BTRİB – 105429 ədəd, digər provayderlər – 86592 ədəd, Datakom – 913 ədəd) abunəçilərə genişzolaqlı xidmətlərin göstərilməsində istifadə edilir.


RƏVAN



Baxış sayı: 798

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024