12px13px15px17px
Tarix:05/02/13

Ədliyyə sahəsində elektron xidmətlərin tətbiqi müzakirə edilib

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə görüşüb. Görüşdə ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin prioritetləri, korrupsiyaya qarşı mübarizədə müsbət təcrübə, elektron xidmətlərin tətbiqi və s. sahələr üzrə faydalı fikir mübadiləsi aparılıb.

"ICTnews" elektron xəbər xidmətinə nazirlikdən bildirilib ki, səfir məhkəmə-hüquq sistemində aparılan islahatları və əldə olunmuş nailiyyətləri, habelə innovativ və şəffaf xidmətlərin tətbiqini alqışlayıb, xüsusilə ötən ay fəaliyyətə başlamış "ASAN xidmət"i maraqlı qabaqcıl təcrübə kimi qiymətləndirib.

HƏQİQƏT



Baxış sayı: 727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024