12px13px15px17px
Tarix:05/02/13

Yerli bank arayışsız kredit üçün onlayn bələdçi xidmətini işə salıb

Dünyanın qabaqcıl bankçılıq təcrübələrini ölkəmizdə ilk tətbiq edən "Bank of Baku" müştərilərə arayışsız nağd kredit üçün onlayn bələdçi xidmətini istifadəyə verib.

"ICTnews" elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, bundan sonra "Bank of Baku"nun saytına daxil olub bələdçinin yönləndirici suallarına cavab verən hər bir vətəndaş maksimum hansı məbləğdə arayışsız nağd kredit ala biləcəyini öyrənə bilər. Onlayn bələdçi xidmətindən "Bank of Baku"nun təkrar və yeni müştəriləri, həmçinin rəsmi iş yeri olmayan şəxslər belə istifadə edə bilər. Bankın təkrar müştəriləri onlayn bələdçidə 6 rəqəmli müştəri kodunu və müvafiq simvolları daxil edir, habelə telefon nömrəsini təsdiq edir.

Bundan sonra müştərinin mobil telefonuna ona hansı məbləğdə arayışsız kredit düşdüyü və digər təkliflər barədə SMS daxil olur. "Bank of Baku"ya ilk dəfə müraciət edən şəxslər isə ilk öncə rəsmi işə malik olub-olmadığına aydınlıq gətirir. Rəsmi iş yeri olanlar müvafiq siyahıdan öz iş yerinin adını və vəzifəsini seçərək ona maksimum nə qədər arayışsız kredit düşdüyünü öyrənir. Beləliklə, həmin məbləğ çərçivəsində arayışsız nağd kredit almaq istəyən şəxslər əlaqə məlumatlarını, əmək stajı və şəxsiyyət vəsiqəsinin surətini bələdçiyə yükləyərək banka göndərir.

Rəsmi iş yeri olmayan və müxtəlif peşə sahibləri də təqdim olunan siyahıdan öz peşələrini seçməklə müvafiq məbləğ təklifini ala bilər. Onlayn bələdçi xidmətindən təmsil etdiyi peşə anket siyahısında olmayan və hətta təklif edilən heç bir kateqoriyalara uyğun gəlməyən şəxslər belə istifadə edə bilər.

Bütün mərhələlərdə "Bank of Baku"ya göndərilən onlayn müraciətlərə bank əməkdaşları tərəfindən baxılır və müştəri ilə qısa bir müddətdə əlaqə saxlanılır. "Bank of Baku"nun onlayn bələdçi xidmətindən bu keçid vasitəsilə faydalanmaq mümkündür: http://www.bankofbaku.com/az/araissiz-kreditler/my-loan amount. html. "Bank of Baku"nun onlayn bələdçi xidməti ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Eyni zamanda http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsilə istənilən sualı vermək olar.

CAHANGİR



Baxış sayı: 1217

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024