12px13px15px17px
Tarix:06/02/13

“Google” britaniyalı antropoloq Meri Likinin anadan olmasının 100 illiyini qeyd edir

"Google" internet şirkəti britaniyalı antropoloq və arxeoloq Meri Likinin anadan olmasının 100 illiyini qeyd edib.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqo çərşənbə günü qazıntılar aparan və izləri araşdıran alimin fotosu ilə əvəzlənib. Meri Liki 1913-cü il fevralın 6-da Londonda anadan olub. Həyat yoldaşı, arxeoloq Luis Liki ilə birgə Afrikada müasir insanın əcdadlarının qalıqlarının axtarışını aparıb.

Məlumat üçün bildirək ki, "Google" şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqosunu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.

Emil Hüseynov



Baxış sayı: 946

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024