12px13px15px17px
Tarix:06/02/13

“Samsung” şirkəti yeni “ağıllı” telefonlar təqdim edib

"Samsung" şirkəti "Galaxy Young" və "Galaxy Fame" "ağıllı" telefonlarını təqdim edib. Hər ikisi ucuz aparatlar seqmentinə aiddir, lakin Koreya istehsalçısı onların qiyməti haqqında məlumat verməyib. "Android 4.1" əməliyyat sistemi quraşdırılıb.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Samsung Galaxy Young" və "Galaxy Fame" cihazları 1 QHs takt tezlikli prosessor, 4 QB daxili yaddaş, 1300 milliamper/saat tutumlu akkumulyator və "microSD" slotu ilə təchiz edilib. "Galaxy Young" modeli 480×320 piksel təsvir ölçülü 3,27 düymlü ekran, 3 meqapikselli kamera, "Bluetooth 3.0", "Wi-Fi" və "GPS" modulları ilə təchiz edilib.

Əməli yaddaşın həcmi 768 meqabayta bərabərdir. "Samsung Galaxy Young" modelinin ölçüsü 109×59×12,5 millimetr, çəkisi isə 112 qram təşkil edir. "Galaxy Fame" modeli 3.5 düymlü ekrana malikdir. Əməli yaddaşın həcmi 512 MB-dır, həmçinin 5 meqapiksel təsvir ölçüsündə əsas kamera ilə təchiz edilib. "Galaxy Fame" aparatının ölçüləri 113×62×11,6 millimetr, çəkisi isə 121 qram təşkil edir.

Emil Hüseynov



Baxış sayı: 1609

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024