12px13px15px17px
Tarix:07/02/13

“Facebook” istifadəçiləri bəzən taym-aut götürürlər

Sosial şəbəkələr əksər insanların həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bununla belə bəzi istifadəçilər virtual mühitdə daim ünsiyyət saxlaya bilmirlər.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Pew Internet & American Life Project" mərkəzinin mütəxəssislərinin keçirdikləri tədqiqata əsasən, "Facebook" istifadəçilərinin 61 faizi vaxtaşırı fasilə götürərək sosial şəbəkəyə daxil olmurlar.

"Facebook" istifadəçilərinin 21 faizi şəbəkədə vaxtaşırı olmamağını həddən artıq məşğul olması ilə əlaqələndiriblər. Respondentlərin 9 faizi bildirib ki, sosial şəbəkələr çoxlu narahatçılıq yaratdığına görə bəzən fasilə etmək lazımdır. Araşdırmaya əsasən, yaşlı nəslin 67 faizi "Facebook"dan istifadə edir.

Emil Hüseynov



Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024