12px13px15px17px
Tarix:07/02/13

“Orbital Sciences Corporation”: “Azərbaycanın ilk telekommunikasiya peyki uğurlu buraxılışa hazırdır”

Kosmik texnologiyalar sahəsində aparıcı şirkətlərdən biri olan "Orbital Sciences Corporation" (OSC) bu axşam Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərkosmos" ASC üçün kommersiya xarakterli rabitə peyki "Azerspace/Africasat-1a"nın buraxılışına yekun hazırlıq işlərinə başlandığını elan edib. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Dallesdə (Virciniya) şikətin istehsalat müəssisəsində hazırlanmış və sınaqdan keçirilmiş "Azerspace/Africasat-1a" peyki cümə axşamı Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromunda "Ariane 5" roketinin göyərtəsindən fəzaya buraxılacaq.

Peyk buraxıldıqdan sonra bütün alt sistemlərin planlaşdırılmış işinin orbital sınaq və yoxlamasından keçəcək. Sınaq başa çatdıqdan sonra və peyk öz orbital mövqeyini tutan kimi onun idarə olunması "Azərkosmos" ASC-yə veriləcək. "Azərkosmos" Bakı və Naxçıvandakı idarəetmə mərkəzlərindən peykin işini davam etdirəcək.

Qeyd edək ki, bu mərkəzlər "Orbital Sciences Corporation" tərəfindən təqdim olunan yerüstü idarəetmə sistemləri, eləcə də yerüstü antenalar, radioelektronika, kompüter platformaları və "Azerspace/Africasat-1a" peykinin idarə olunması və ona nəzarətdə istifadə edilən proqram təminatına xidmət üçün "Azərkosmos" tərəfindən layihələndirilib və inşa olunub.

"Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması Amerika sənayesi ilə uğurlu tərəfdaşlıqda mühüm məqamdır. Biz Azərbaycan, Qafqaz, Orta Asiya, Avropa və Afrikanın hazırki və gələcək rabitə tələbatını ödəyəcək peykin fəzaya buraxılmasını səbrsizliklə gözləyirik", - deyə Azərbaycanın ABŞ-dakı səfiri Elin Suleymanov bildirib.

"Azerspace/Africasat-1a"nın 15 illik gözlənilən xidmət müddəti sınaqdan çıxarılmış "Geostar-2" platformasına əsaslanır. Peykdə C və Ku tezlik zolaqlarında fəaliyyət göstərən 36 transponder mövcud olacaq və peyk üzərindən Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstəriləcək. "Azerspace" peyki Malayziya hökumətinə məxsus və Malayziyanın "Measat Satellite Systems" şirkəti tərəfindən istifadə edilən 46 dərəcəli şərq uzunluğu orbital mövqesinə çıxarılacaq.

"Orbital Sciences Corporation" nin əsas vitse-prezidenti Kristofer Riçmond bildirib Kİ, "Azerspace/Africasat-1a" peyki kommunikasiya infrastrukturunun genişləndirilməsi və dünyanın digər hissələri ilə rabitənin yaxşılaşdırılmasında Azərbaycan üçün mühüm komponentdir. "Bu son iki ildə tərəfimizdən inşa olunan 10-cu peykdir. "Hazırda biz hazırlıqları başa çatdırırıq və uğurlu buraxılışa hazırlaşırıq", - deyə qeyd edib.

"Azerspace" telekommunikasiya peyki bütün Azərbaycan ərazisində rəqəmsal televiziya və radioyayımı, internet şəbəkəyə sürətli çıxış, məlumat ötürülməsi, VSAT multixidmət şəbəkəsinin yaradılması, həmçinin hökumət rabitəsinin təmin edilməsi üçün nəzərdə tutulub.



Baxış sayı: 1064

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024