12px13px15px17px
Tarix:08/02/13

“LinkedIn” hesabat verib

"LinkedIn" peşəkar sosial şəbəkəsinin rüblük göstəriciləri istifadəçi bazasının və şirkətin satış həcminin artması fonunda yüksək olub. 2012-ci ilin dördüncü rübündə şirkətin mədaxili 81 faiz artaraq 303,6 milyon dollar təşkil edib. Şirkətin əməliyyat mənfəəti 1 səhm üçün 35 sent təşkil edib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, ötən ilin dördüncü rübünün yekununa görə, "LinkedIn"-in istifadəçi bazası 8 faiz artaraq 202 milyona bərabər olub. Ötən ilin dördüncü rübündə şirkətin xalis mənfəəti 11,5 milyon dollar və ya 1 səhm üçün 10 sent təşkil edib.

Emil Hüseynov



Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024