12px13px15px17px
Tarix:08/02/13

Dünyada hər üçüncü kompüter virusa yoluxub

"Panda Security" şirkəti kompüterlərin zərərli proqram təminatına yoluxması statistikasını dərc edib. Ən pis vəziyyət Çin və Cənubi Koreyada qeydə alınıb: kompüterlərin 50 faizdən çoxu virusa yoluxub. Bu göstərici üzrə Türkiyə, İsrail və Polşa, həmçinin ilk onluqda yer alıb.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, zərərli proqram təminatının ən sadə növü olan troyanların payı 76,56 faiz təşkil edib: 2011-ci il ilə müqayisədə artım 10 faizə bərabər olub. İkinci yerdə kompüter virusları (8%), üçüncü mövqedə isə "soxulcanlar" (6,44%), "adware", zərərli reklam modulları (5,72%) yerləşib.

Hesabata əsasən, virusa ən az yoluxmuş kompüterlər İsveç, İsveçrə, Norveç, Böyük Britaniya, Almaniya, Hollandiya və bir sıra digər ölkələrdə qeydə alınıb.

Emil Hüseynov



Baxış sayı: 770

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Fevral 2020

16 02 2020