12px13px15px17px
Tarix:11/02/13

“Google Sketch Up proqramında 3D modelinin hazırlanması” adlı müsabiqə elan olunur

Bakıda fevralın 24-də saat 11:00-da "Google Sketch Up proqramında 3D modelinin hazırlanması" adlı müsabiqə keçiriləcək. Müsabiqənin davam edəcəyi 1,5 saat ərzində fotoşəkildə göstərilmiş obyektin "3D" modelinin hazırlanması tələb olunur.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə www.informatik.az saytının rəhbəri Naidə İsayeva məlumat verib. Onun sözlərinə görə, iştirakçılara qarşı bir sıra tələblər irəli sürülüb. Belə ki, 7-ci siniflər olmaqla, hər məktəbdən ancaq bir şagird müsabiqədə iştirak edə bilər: "Həmin şagird məktəbin seçmə turunun qalibi olmalıdır. Təqdim edilən işlər ekspertlər tərəfindən qiymətləndiriləcək. Seçim meyarlarına modelin orijinala uyğunluğu, xarici görünüş, minimum hazır komponentlərdən istifadə kimi şərtlər daxildir.

Şagirdlərin qeydiyyatı "Facebook.com" saytının "İnformatika müəllimləri" qrupunda http://www.facebook.com/groups/inf.muallim/ aparılır. Müsabiqənin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılacaq".

Qeyd edək ki, müsabiqənin Bakı şəhəri, Binəqədi rayonu, 283 saylı məktəbdə ("Azadlıq prospekti" m/st yaxınlığında, "Bolluq" bazarının arxası) təşkili nəzərdə tutulur. N.İsayeva əlavə edib ki, müsabiqənin keçiriləcəyi ünvan dəyişilə də bilər. Müsabiqə təşkilatçıları tərəfindən bu barədə əlavə məlumat veriləcək.

HƏQİQƏT



Baxış sayı: 892

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024