12px13px15px17px
Tarix:11/02/13

“Microsoft Surface Pro” planşetinin satışına başlanılıb

“Microsoft” korporasiyası qabaqcıl “Surface Pro” planşet kompüterinin ABŞ və Kanadada satışına başlanılmasını elan edib. Qurğunun 64 GB yaddaşlı versiyasının qiyməti 899 dollar, 128 GB tutumlunun isə 999 dollar təşkil edir,- “Cnews” yazır.

“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, “Microsoft” nümayəndələri bildiriblər ki, “Windows 8” əməliyyat sisteminin bazasında işləyən “Surface Pro” planşet şəklində fərdi kompüterin standart məhsuldarlığını əldə etmək istəyən istehlakçı və korporativ istifadəçilər üçün nəzərdə tutulub.

Yeni qurğu tərəflərin nisbəti 16:9 olan “Full HD” (1920 x 1080) təsvir ölçülü 10-dək toxunuşu dəstəkləyən 10,6 düymlük sensor displeylə təchiz edilib. Planşetdə quraşdırılmış “Intel HD Graphics 4000” qrafik kontrollerlə üçüncü nəsil (Ivy Bridge) “Intel Core i5” prosessoru işləyir. 2 kanallı operativ yaddaşın həcmi 4 qiqabayt təşkil edir ki, bu da “Surface RT” modelindən iki dəfə çoxdur.

Yeni aparat “Wi-Fi” şəbəkələrini (802.11a/b/g/n) dəstəkləyir, “Bluetooth 4.0”-la, iki 720 meqapiksel formatlı əsas və ön kamera, stereodinamik, mikrofon, tamölçülü USB 3.0 portu, Mini-DisplayPort çıxışı, qulaqcığın qoşulması üçün çıxış və microSDXC yaddaş kartı üçün slotla təchiz edilib, həmçinin işıqlandırma cihazı, akselerometr, hiroskop və elektron kompas, enerji və səs tənzimləyici düymələr də yer alıb. “Surface Pro” modelinin ölçüləri 275 x 173 x 13 мм, çəkisi 907 qramdır.

Aparatın avtonom rejimdə iş vaxtı təxminən 4-5 saat arasında dəyişir. Yeni qurğu ilə tanış olmaq imkanı əldə edən Qərb şərhçiləri “Surface Pro”-nun çatışmazlıqları arasında planşetin çəkisinin çox olmasını, avtonom rejimdə vaxt azlığını və yaddaş məhdudluğunu qeyd edirlər. Belə ki, 64 GB versiyanın alıcısı yalnız 23 GB, 128 GB versiyasının alıcısı isə 83 GB yaddaş həcmindən istifadə edə bilər.

Emil Hüseynov



Baxış sayı: 789

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024