12px13px15px17px
Tarix:11/02/13

Daha bir bank onlayn kredit ödənişi sistemini tətbiq etdi

Kassaya yaxınlaşmadan kreditlərinizi, kommunal ödənişləri necə ödəmək olar? "Unibank" müştəriləri üçün seçim imkanlarını artırıb. Krediti olan hər kəs, "Unibank"a gəlmədən www.unibank.az saytına daxil olmaqla, onlayn kredit ödənişi sistemindən istifadə edərək, bankda olan hər hansı kreditini ödəyə bilər.

Ödəniş mexanizmi çox sadədir. Müştəri saytın onlayn ödəniş bölməsi hissəsinə daxil olaraq, şəxsiyyət vəsiqəsinin PİN kodunu və ödəmək istədiyi kreditin nömrəsini daxil edir və «GÖSTƏR» düyməsini klik edir. Sonra müştəri ödəmək istədiyi kreditin yanındakı «ÖDƏ» düyməsini klik edir.

Növbəti mərhələdə ödəniş səhifəsində ödəmək istədiyi məbləği və plastik kartın detallarını daxil edərək kreditni ödəmiş olur. Ödənişin təsdiqi barədə müştəriyə təşəkkür mesajı göstərilir və telefonuna qısa mesaj göndərilir. Qeyd edək ki, ölkə bankları içərisində "Unibank" ilk dəfə olaraq ATM-lərdə avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını "Unibank"ın ATM-də qeydiyyata daxil edərək, "Unibank"da olan kredit ödənişlərini həyata keçirə bilir.

Bu xidmətin qarşılığında isə heç bir əlavə ödəniş etmir. "Unibank"ın bütün filiallarında olan cash-inlər vasitəsilə hər kəs növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər. Bu aparatlara nəzarət edən bank əməkdaşları daim müştərilərə kömək etməyə hazırdır.

"Unibank"ın "Android" və "İOS" platformasında olan telefon sahibləri üçün yeni mobil əlavələri də müştərilərin vaxt itkisinin qarşısını almağa, onların rahatlığını təmin etməyə yönəldilib. "UniMobile Banking" mobil proqramının istifadəçiləri banka gəlmədən, onun xidmətləri, tarifləri və faiz dərəcələri barədə məlumat əldə etmək, ən yaxın ödəmə məntəqəsini tapmaq, eləcə də mobil operatorlar, kommunal və digər xidmətlər üzrə mobil telefonlardan onlayn ödəniş apara bilirlər.

İnternet-Bank sistemi sayəsində müştərilər "Unibank"ın məhsullarından və xidmətlərindən İnternet vasitəsilə cəld, etibarlı və təhlükəsiz şəkildə istifadə edə bilir. Müştəri evdən çıxmadan belə, müxtəlif (həm bankdaxili həm də digər banklara) pul köçürmələri həyata keçirə bilər. Öz hesabları və plastik kartların çıxarışlarına baxmaq üçün daha banka ya ATM-ə getmək də lazım deyil. Bankçılıqda müasir tendensiyaları nəzərə alan "Unibank" daim məsafədən xidmət kanallarını genişləndirməkdədir.

RƏVAN



Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024