12px13px15px17px
Tarix:11/02/13

Sığortaedənlərin ödənişlərinin real vaxt rejimində qəbulu üçün “AzDataKom” şəbəkəsi üzərində rabitə kanalı qurulub

2012-ci ildə "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası olaraq Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə interaktiv və informativ elektron xidmətlərin göstərilməsi işi daha da təkmilləşdirilib.

Dövlət xəzinədarlıq agentliyinin "Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi"ndən (KÖMİS) istifadə edən yerli orqanlar üzrə sığortaedənlərin ödənişlərinin real vaxt rejimində qəbulu məqsədilə Mərkəzi Bank və Dövlət Sosial Müdafiə Fondu arasında "AzDataKom" şəbəkəsi üzərində rabitə kanalı qurulub və fondun müvafiq yerli orqanları üzrə uçot məlumat bazası KÖMİS-ə inteqrasiya edilib.

1 yanvar 2013-cü il tarixinə fondun 36 yerli orqanı üzrə 223 712 sığortaedənin uçot məlumatı KÖMİS-in məlumat bazasına yüklənib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov DSMF-da ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında bildirib.

Sədr qeyd edib ki, sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi aparılıb: "Hər bir işləyən şəxsin gələcək pensiya təminatı üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsində maraqlı olması, beləliklə, inzibati nəzarətin daha səmərəli ictimai nəzarətlə əvəzlənməsi məqsədilə fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti təşkil olunub".

HƏQİQƏT



Baxış sayı: 750

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024