12px13px15px17px
Tarix:12/02/13

Azərbaycanın internet ödəmə portalında hədiyyə günləri

"Hesab.az" internet ödəmə portalında «Oriflame» İsveç şirkətinin hədiyyə günləri başlayıb. "ICTnews" elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, aksiya 40 minə yaxın qeydiyyatdan keçən istifadəçilərə yüzlərlə hədiyyə qazanmağa imkan verəcək.

Qeydiyyatdan keçən istifadəçilər şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və hər 1 manat məbləğində apardıqları ödəmə zamanı 100 bonus xalı qazanaraq 7 növ «Oriflame» hədiyyələri üzrə hərraclarda iştirak edə bilərlər. "Sevgilin üçün hədiyyə qazan" şuarı altında keçirilən hədiyyə aksiyası fevralın 14-də başa çatacaq.

Qeyd edək ki, "Hesab.az"da milyonuncu əməliyyatın müəllifinə bu ay dəyərli hədiyyə - müasir «Acer» netbuku təqdim olunacaq. Hal-hazırda portalda 980 minə yaxın əməliyyat qeydə alınıb, onların məcmu həcmi isə 9 milyon manat təşkil edir.

CAHANGİR



Baxış sayı: 776

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024