12px13px15px17px
Tarix:12/02/13

Vaqif Abbasov: İlk süni peykimizin orbitə çıxarılması ölkəmizin informasiya təminatını daha da yüksəldəcək

Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması ölkəmizin informasiya təminatını daha da yüksəldəcək. Bununla yanaşı, bütün bölgələr keyfiyyətli rabitə ilə təmin olunacaq və sürətli internet şəbəkəsi yaranacaq.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə jurnalistlərə verdiyi açıqlamasında AMEA-nın müxbir üzvü Vaqif Abbasov danışıb.

O bildirib ki, telekommunikasiya peykinin hazırlanmasında və fəzaya çıxarılmasında Azərbaycan, ABŞ və Fransa mütəxəssisləri iştirak ediblər. V.Abbasovun fikrincə, bu, həmin ölkələrin elm və texnologiya sahəsində yaxınlaşmasını göstərən amildir.

«Bu hadisə müasir Azərbaycanın sürətli inkişafını təsdiqləyən faktorlardan biridir. Layihənin həyata keçirilməsi yeni elmi ixtiraların, yeni texnologiyaların yaranmasına və onların ölkəmizdə sürətli istifadəsinə şərait yaradacaq. Eyni zamanda, bu, ölkəmizdə insan kapitalının formalaşmasında müstəsna rol oynayacaq».

SEYMUR



Baxış sayı: 967

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024