12px13px15px17px
Tarix:12/02/13

Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı keçiriləcək.

26-27 aprel tarixində keçiriləcək "Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı"-nın məqsədi gənclərin elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları və elm adamlarını bir araya gətirmək, bu sahədə əldə olunan təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.








Konfransın mövzulari

Seksiya 1:

- Maliyyə

- İqtisadiyyat

- İdarəetmə

- Dövlət və bələdiyyə idarəetməsi

- Sənayenin təşkili və idarə olunması

- Muhasibat uçotu və audit

- Beynəlxalq münasibətlər, tarix və siyasi elmlər

- Hüquq


Seksiya 2:

- Dəqiq və təbiət elmləri

- İnformasiya və kommunikasiya texnologiyaları

- Mexanika mühəndisliyi

- Kimya mühəndisliyi


Seksiya 3:

- Filologiya

- Tərcüməşünaslığın müasir problemləri

- Pedaqogika


Konfransda iştirak etmək arzusunda olanlar, elmi məqalələrinin tezislərini 1 Mart 2013-cü ilə qədər konfrans katibliyinə elektron poçt vasitəsilə göndərməlidir. Tezis 500 - 750 söz həcmində olmalıdır.

1-ci seksiya ilə əlaqədar tezislər section1@qu.edu.az

2-ci seksiya ilə əlaqədar tezislər section2@qu.edu.az

3-cü seksiya ilə əlaqədar tezislər section3@qu.edu.az


Tezis Microsoft Word formatında göndərilməlidir. Tezislərin qəbulu haqqında məlumat 15 Mart tarixində veriləcək. Qəbul edilən tezislər konfrans materialı kimi çap olunacaq. Məqaləsinin çap olunmasını istəyən müəlliflər isə 01 aprel tarixindən gec olmayaraq məqalələrini konfrans katibliyinə göndərməlidir.

Elmi Heyət tərəfindən seçilmiş məqalələr "Journal of Qafqaz University" – də çap olunacaq.




Baxış sayı: 1520

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024