12px13px15px17px
Tarix:13/02/13

İnformasiya və rabitədə orta aylıq nominal əmək haqqı daha yüksəkdir

2013-cü ilin yanvar ayında rabitə sahəsində mobil telefon xidmətlərinin tarif indeksi 1,5 faiz bahalaşıb. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Komitə bildirir ki, ötən ay ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1477,7 min nəfər olub və onlardan 899,1 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 578,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 3,4 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində məşğul olublar. 2012-ci ilin dekabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 428,8 manat təşkil edib.

Yanvar-dekabr aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artaraq 396,0 manat olub. Digər fəaliyyət növləri ilə müqayisədə informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

SEYMUR



Baxış sayı: 715

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024