12px13px15px17px
Tarix:13/02/13

Televiziyaya baxış zamanı mobil trafikin həcmi artır

"Ericsson"un araşdırmasına əsasən, mobil qurğuların istifadəçiləri televizora baxdıqda onların yaratdığı internet trafikin həcmi artır.

Respondentlərin 80 faizi bildirib ki, onlar televizor qarşısında oturduqda internetə girirlər və 60 faizi sosial şəbəkə və bloqlara daxil olur, əksəriyyəti isə virtual ünsiyyətdə iştirak edir və şərhlər yazırlar. "ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, respondentlərin 60 faizi internetə noutbuk vasitəsilə daxil olurlar.

Ekspertlər bildirir ki, eyni anda televizora baxış və internetdə sörfinq istifadəçilərdə yeni tip davranış formalaşdırıb. Sorğuda dünyanın 12 ölkəsində yaşayan 12 mindən çox insan iştirak edib. Respondentlərin yaş həddi 16-59 arasındadır.

"Cisco"-nun proqnozuna görə, 2013-2017-ci illər ərzində qlobal mobil trafikin həcmi təxminən 13 dəfə artacaq. 4 il sonra mobil qurğulardan istifadə edənlərin sayı 5,3 milyarda bərabər olacaq.

Emil Hüseynov



Baxış sayı: 707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024