12px13px15px17px
Tarix:29/07/11

ABŞ-da ən məşhur əməliyyat sistemi və ən böyük smartfon istehsalçısı hansıdır?

“Nielsen” analitik şirkəti ikinci rübdə smartfonların Amerika bazarının tədqiqatını keçirib. Mobil əməliyyat sistemləri arasında “Android” liderlik edir. 39% smartfon bu əməliyyat sistemi ilə işləyir. I rüb ilə müqayisədə “Google” şirkətinin platformasının (Android) payı 3 faiz artıb.
“iOS” 28% göstərici ilə ikinci yeri tutub. “BlackBerry” smartfonlarına olan tələbat aşağı düşməyə davam edir. İkinci rübdə onlar bazarın 20%-ni tutublar, ilin əvvəlində isə bu göstərici 23% olub. Ən böyük smartfon istehsalçısı “Apple” (28%) olaraq qalır, onu “RİM” (20%i) və “HTC” şirkətləri izləyirlər. “Motorola” (11%) və “Samsung” (8% + 2%) şirkətləri müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.


www.onliner.by



Baxış sayı: 1063

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024