12px13px15px17px
Tarix:14/02/13

Azərbaycanda elektron vizaların rəsmiləşdirilməsi sistemi yaradılır

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev elektron vizaların rəsmiləşdirilməsi ilə əlaqədar şirkətlərin akkreditasiyası şərtlərinin müzakirəsi məqsədilə gəlmə turizm sahəsində ixtisaslaşan turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirib.

"ICTnews" elektron xəbər xidmətinin Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, 15 aparıcı turizm şirkətinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə şirkətlərin akkreditə müddəti, turizm şirkətlərinin qarşısında qoyulan minimal tələblər, qaydaların pozulmasına görə müvafiq sanksiyalar, elektron viza sistemi ilə işləyəcək turizm şirkətlərinin əməkdaşları üçün müvafiq treninqlərin keçirilməsi və digər məsələlər müzakirə edilib.

Turizm şirkətlərinin nümayəndələri yaradılan elektron viza sisteminin turizm sənayesinin qarşısında duran problemlərin həll olunmasına və gəlmə turizmin daha da inkişaf etdirilməsinə, ölkəyə daha çox gəlirlərin cəlb olunmasına zəmin yaradacağına əmin olduqlarını qeyd ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli, 2577 nömrəli Sərəncamına əsasən aidiyyəti qurumlara Azərbaycanda elektron vizanın rəsmiləşdirilməsi sisteminin yaradılması tapşırılıb. Bu, mövcud viza rejiminin sadələşdirilməsinə və ölkəmizə gələn turistlərin sayının artırılmasına yönəldilib.

CAHANGİR



Baxış sayı: 685

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024