12px13px15px17px
Tarix:14/02/13

Bu gün telefonun “ad günü”dür

Bu gün telefonun "ad günü"dür. Belə ki, məhz fevralın 14-də, 1876-cı ildə Aleksandr Bell tərəfindən Vaşinqton patent bürosuna "danışan teleqraf" adlandırdığı ixtirasının qeydiyyata alınması barədə müraciət edib.

Bellin aparatında dəstək eyni zamanda səsin həm ötürülməsinə həm də qəbuluna xidmət edirdi, zəng olmadığından abunəçinin çağrılması da elə həmin dəstəkdən fit səsi vasitəsi ilə təmin olunurdu.

1876-cı ilin iyun ayının 25-də Aleksandr Bell ilk dəfə Filadelfiyada keçirilmiş birinci Beynəlxalq elektrotexnika sərgisində surətinin şəkli təsvir edilmiş telefon aparatını nümayiş etdirib.



Baxış sayı: 3066

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024