12px13px15px17px
Tarix:15/02/13

Amerikanın aparıcı şirkəti Azərbaycanda texnoloji potensialın artmasına yardım edə bilər

"MEMS Journal, Inc" korporasiyası Azərbaycanın innovasiya strukturları və digər fəaliyyətin növləri üçün təhlil və ekspertiza xidmətləri, innovasiya fəaliyyətinin optimallaşdırılmasına kömək edə bilər. Eyni zamanda korporasiya ölkəmizdə mövcud işləmələrin kommersiyalaşdırılması, onların tətbiqi və beynəlxalq bazara çıxarılmasında, partnyorların və investorların axtarışı sahələrində yardım göstərə bilər.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib. Mərkəzdən bildirilib ki, "MEMS Journal, Inc" korporasiyası MEMS texnologiyalarının hazırlanması və inkişaf etdirilməsi sahəsində məsləhət xidmətləri üzrə ixtisaslaşan, sensorlar və yarımkeçirici sistemlər, onların tətbiqində marketinqin dəstəyi, kommersiyalaşdırılması və müvafiq obyektlərin yaradılması üzrə Amerikanın qabaqcıl kompaniyaları sırasındadır.

Nanotexnologiyalar, eləcə də MEMS texnologiyaları üzrə beynəlxalq bazar hər il daha çox gəlir gətirən bir sahədir. Bu, həmçinin sensorlar və yarımkeçirici sistemlərə də şamil olunur. Bu yüksək texnologiyalar sektoru Azərbaycanda da fəal inkişaf etdirilir:

"Bu vəziyyətin müsbətə doğru dəyişdirilməsi, Azərbaycanın müvafiq elmi, vençur, investisiya təşkilatları, sənaye şirkətləri ilə bizim xidmətlərin diapazonunda qarşılıqlı faydalı əməkdaşlığın yaradılması hər iki tərəfin maraqlarına cavab verər və Azərbaycanda texnoloji potensialın artmasına imkan yaradardı". EİM-dən qeyd edilib ki, daha ətraflı məlumat əldə etmək istəyənlər "MEMS Journal, Inc" korporasiyasının saytına
( www.memsjournal.com) müraciət edə bilərlər.

HƏQİQƏT



Baxış sayı: 798

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024