12px13px15px17px
Tarix:29/07/11

Azərbaycan zondlama peyklərinin orbitə buraxılması istiqamətində işlər aparır

Azərbaycanda məsafədən zondlama fəaliyyətlərini yerinə yetirən peyklərin orbitə buraxılması istiqamətində işlər aparılır. “APA-ECONOMICS”in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.
Ə.Abbasov bildirib ki, bu peyklərin təyinatı kommunikasiya peyklərinin təyinatından fərqlənir: «Zondlama peykləri yer səthinin öyrənilməsi, ekoloji problemlər, fövqəladə hallar, həmçinin digər xüsusi hallar üçün istifadə olunur. Bizim kosmik proqram üzrə bu sahədə işlər aparılır».
Qeyd edək ki, məsafədən zondlama peyklərinin buraxılması layihəsi üzərində RİTN və Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi tərəfindən işlər aparılır. MAKA-dan verilən məlumata görə, bu layihənin dəyəri 300 mln. manatdan artıqdır.



Baxış sayı: 896

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020