12px13px15px17px
Tarix:18/02/13

“Google” ilin sonunadək onlayn-mağazalar şəbəkəsini açmağı planlaşdırır

“Google” şirkəti cari il ərzində dünyanın müxtəlif böyük şəhərlərində yerləşəcək mağazalar şəbəkəsi açmağı planlaşdırır.

Hazırda internet nəhənginin rəqibləri, məsələn, “Apple”, “Sony”, “Nokia” və “Microsoft” şirkətlərinin öz mağazalar şəbəkəsi var. Bundan başqa, adıçəkilən şirkətlər, həmçinin mağaza və mobil operatorlarla əlaqə saxlayaraq məhsullarını orada da satırlar.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Google” şirkətinə yaxın mənbələrin məlumatına əsasən, şirkət cari il ərzində açacağı mağazalar şəbəkəsi vasitəsilə “Google Glass” adlanan artırılmış reallığa malik eynəklərinin satışına başlamağı planlaşdırır.

Emil Hüseynov



Baxış sayı: 885

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024