12px13px15px17px
Tarix:18/02/13

Azərbaycan qanunvericiliyi kibercinayətkarlıq haqqında Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılır

Azərbaycan qanunvericiliyi kibercinayətkarlıq haqqında Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılır. Bu barədə jurnalistlərə "Azərbaycanda Hüquqi İslahatlar Mərkəzi" İctimai Birliyinin sədri, Vəkillər Kollegiyasının üzvü Anar Bağırov bildirib.

Bağırovun sözlərinə görə, Azərbaycan konvensiyaya 2009-cu ildə qoşulub və o vaxtdan respublikada kibercinayətkarlıqla mübarizə üzrə əhəmiyyətli islahatlar aparılıb. Bu məsələdə mühüm rol bilavasitə vəkillərə məxsusdur. Cinayət Məcəlləsinə yeni bəndlər əlavə edilib, bu sahədə tədbirlər davam edir.

"Son illər ərzində təkcə Azərbaycanda deyil, həm də bütün dünyada kibercinayətkarlıqla mübarizə məsələlərinin aktuallığı artır. İnternet istifadəçilərinin sayı ildən-ildən çoxalır. Bununla paralel olaraq kibernetik təhdidlərin də sayı artır. Son məlumatlara görə, hər il dünyada 500 milyondan artıq adam belə təhdidlərin qurbanı olur. Bunu nəzərə alaraq məhkəmə ekspertizası və hüquq-mühafizə orqanlarının əməkdaşlarının peşəkarlığının artırılması başlıca vəzifəyə çevrilir", - Bağırov bildirib.

Bu məsələnin həllinə İnformasiya Texnologiyaları Universiteti mühüm töhfə verə bilər. Habelə "Azərbaycan-2020" konvensiyasında kibercinayətkarlıqla mübarizə məsələlərinə yer verilib.

RƏVAN



Baxış sayı: 1149

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024