12px13px15px17px
Tarix:19/02/13

Bakıda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin innovasiyalarının təqdimat və mübadiləsi keçiriləcək

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə cari il aprelin 23-24-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksəksəviyyəli rəsmilərinin iclası, aprelin 25-26-da isə əmək nazirlərinin konfransı keçiriləcək.

ƏƏSMN-dən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, hər iki tədbir İƏT ölkələri arasında əməkdaşlıq üçün dayanıqlı platformanın inkişaf etdirilməsi, mütərəqqi ideya və innovasiyaların təqdimat və mübadiləsi, habelə ölkəmizdə əmək bazarının inkişafı, işsizlik səviyyəsinin azaldılması və əhalinin rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərin təbliği məqsədinə xidmət edir.

Hər iki tədbir İslam dünyası, eləcə də digər xalqlar arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsində ölkəmizin getdikcə artan rolunun növbəti əməli təsdiqidir.

SEYMUR



Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024