12px13px15px17px
Tarix:19/02/13

Daha bir gömrük xidməti elektronlaşdırıldı

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Elektron hökumət" ( www.e-gov.az) portalında təqdim edilən elektron xidmətlərin inteqrasiyası üzrə işi davam etdirir. Portala daha bir qurumun göstərəcəyi elektron xidmət inteqrasiya edilib.

Belə ki, Dövlət Gömrük Komitəsinin növbəti xidməti istifadəyə verilib. "Mənim idxal/ixrac əməliyyatlarım" adlanan bu xidmət vasitəsilə xarici iqtisadi fəaliyyət iştirakçıları həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə Dövlət Gömrük Komitəsindən statistik arayış əldə edə bilərlər.

Bu xidmət növündən istifadə etmək üçün vətəndaşın "Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi"nin (VÖEN) olması vacibdir. Xidmətə keçid zamanı vətəndaşın adında olan VÖEN avtomatik olaraq sistem tərəfindən axtarılır. Növbəti addımda Komitə tərəfindən tələb olunan digər məlumatlar daxil edilməlidir.

HƏQİQƏT



Baxış sayı: 839

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024