12px13px15px17px
Tarix:19/02/13

Hansı ölkə mobil qurğular bazarının ən böyük “oyunçusu” olacaq?

2013-cü il fevralın yekununa görə, Çin "Android" və "iOS" əməliyyat sistemləri ilə işləyən "ağıllı" telefon və planşet bazarının ən böyük "oyunçusu" olacaq.

"Flurry" analitiklərinin hesablamasına əsasən, 2013-cü ilin yanvarında çinlilər 221 milyon, ABŞ vətəndaşları isə 222 milyon cihaza sahib olublar. Mütəxəssislərin proqnozuna əsasən, fevralda Çin irəli çıxacaq. "Flurry" ekspertləri bildirir ki, onlar 275 min mobil tətbiqdə icra olunan 2,4 milyarddan çox aktiv sessiyanı izləyirlər ki, bu da "ağıllı" telefon və planşet kompüterləri üzrə qlobal bazarın 90 faizi deməkdir.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, analitiklər 1 il əvvəl Çini ən sürətli inkişaf edən mobil cihazlar bazarı adlandırmışdılar, hazırda isə o, ən böyük "oyunçu" olmağa hazırlaşır. Mobil qurğular bazarının artım tempinə gəlincə, Çin bu göstərici üzrə Kolumbiya, Vyetnam, Türkiyə, Ukrayna və Misirdən geri qalır.

Emil Hüseynov



Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024