12px13px15px17px
Tarix:19/02/13

Ağ Evin rəsmi veb səhifəsindəki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı petisiyada maksimum səs toplandı

Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının ermənilər tərəfindən 20 faizinin işğalının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiyaya səs verənlərin sayı 100 mini keçib.

Petisiyaya qoşulanların sayı tələb olunan limiti keçdiyi üçün ABŞ prezidentinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınmasına ilə bağlı bəyanat verəcəyi və məsələnin Senatda müzakirəyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, yanvarın 23-də Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində prezident Barak Obama administrasiyasının diqqətini Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı məsələsinə yönəltmək məqsədilə petisiya yerləşdirilib.

RƏVAN



Baxış sayı: 983

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024