12px13px15px17px
Tarix:20/02/13

ABŞ-da dənizdə batanları xilas etmək üçün robot hazırlanıb

ABŞ-da dənizdə batanları xilas etmək üçün robot hazırlanıb.

"ICTnews.az" elektron xəbər xidməti "azertag.com" saytına istinadən bildirir ki, "Emili" adı verilən robot insanla müqayisədə 12 dəfə sürətlə üzür, dəniz sularında bir batareya ilə 120 kilometr hərəkət edə bilir.

Los-Anceles şəhərinin sahillərində aparılmış sınaqlardan uğurla keçən Emili 48 km/saat sürətlə üzür, uzaqdan idarə olunur. Emili suda batmır və dənizdə çətin durumda olan insanların ondan tutmasından sonra həmin adamı sahilə doğru gətirir.

Robot 2010-cu ildə yolda sürətlə hərəkət edən maşının vurub öldürdüyü 13 yaşlı Emili Şeynin adını daşıyır.

Emil Hüseynov



Baxış sayı: 799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024