12px13px15px17px
Tarix:20/02/13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasından 9 il ötür

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılmasından 9 il ötür.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2004-cü il Sərəncamı ilə Rabitə Nazirliyi ləğv edilərək, onun əsasında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN)yaradılıb. "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olub.

Cənubi Qafqazda ilk olaraq qəbul edilmiş bu sənəd Azərbaycanın İKT sahəsinə diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan edib.

Sevindirici haldır ki, Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra İlham Əliyevin ilk xarici səfəri 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı olub.

Sammitdə "Qara qızılı insan qızılına çevirək" tezisini səsləndirməklə İ.Əliyev ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan etdi və respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə rəvac verdi.

Ölkənin iqtisadi inkişafının tərkib hissəsi olaraq son illər Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun  dinamik inkişafı diqqət çəkir.

Azərbaycan hökumətinin, xüsusilə RİTN-in fəaliyyəti nəticəsində son illər ərzində respublikanın İKT sektoru yüksək templə inkişaf edir. Bunun bariz nümunəsi kimi bu müddət ərzində informasiya texnologiyaları sektorunda həyata keçirilən nəzərəçarpacaq işlər, İKT sektorunda qəbul edilən Dövlət Proqramları, kosmik sənayenin yaradılması və ilk telekommunikasiya peykinin buraxılması, ötən dövrdə reallaşan irimiqyaslı layihələr çərçivəsində məhsul və xidmət istehsalının həcminin əhəmiyyətli dərəcədə artmasını qeyd etmək olar. Nazirliyin yaradılması Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı və tətbiqinə təkan verib.

Sektorun daha sürətli inkişafı və vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində qabaqcıl texnologiyaların tətbiq edilməsi məqsədilə 2013-cü il dövlət başçısı tərəfindən Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib.



Baxış sayı: 920

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024