12px13px15px17px
Tarix:20/02/13

“Microsoft” “Hotmail” poçt servisini ləğv edir

1996-cı ildən mövcud olan “Hotmail” poçt servisi bu ilin yayında fəaliyyətini dayandıraraq bağlanacaq. Bu barədə rəsmən servisin sahibi “Microsoft” korporasiyası bəyan edib.

“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, belə qərarın qəbul edilməsinə son yarım il ərzində 60 milyon istifadəçinin qeydiyyatdan keçdiyi “outlook.com” poçt servisinə artan tələbat səbəb olub.

Bundan başqa, “Microsoft”un “Hotmail”i reklam kampaniyasının köməyi ilə köhnə dizaynı saxlamaqla yenidən həyata qaytarmağa səy göstərməsi uğursuzluqla nəticələnib.

Şirkət nümayəndələri qeyd edirlər ki, “Hotmail” poçtunun istifadəçiləri köhnə ünvanı “outlook.com” servisində istədikləri vaxtadək istifadə edə biləcəklər. Yaxın vaxtlarda “Microsoft”un istifadəçilərə dəyişikliklərin mahiyyətini izah etmək və yeni servisin reklamı üçün xeyli vəsait xərcləyəcəyi gözlənilir.

Emil Hüseynov



Baxış sayı: 781

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024