12px13px15px17px
Tarix:20/02/13

“HTC” şirkəti yeni “ağıllı” telefonunu təqdim edib

"HTC" şirkəti "Android" mobil əməliyyat sistemi ilə işləyən yeni "One" flaqman "ağıllı" telefonunu təqdim edib. Şirkət bu modelin köməkliyi ilə "iPhone 5" aparatı ilə mübarizə aparacağına və itirdiyi bazar payını geri qaytaracağına ümid edir.

Yeni "ağıllı" telefon "Full HD" formatlı videoya baxmağa imkan verən 1920x1080 piksel təsvir ölçüsünə malik 4,7 düymlü maye kristal ekranla təchiz edilib və "Android Jelly Bean" əməliyyat sistemi ilə işləyir. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkət aparatını Barselonada keçiriləcək "Mobile World Congress 2013" tədbirinə bir həftə qalmış təqdim edib.

Analitiklər bildirirlər ki, Tayvan istehsalçısının "HTC One" qurğusuna ümidi çox böyükdür: yeni cihazın "Samsung", "Apple" və "BlackBerry" qurğuları ilə uğurla mübarizə apara biləcəyinə inanır. Son iki il ərzində "HTC" şirkətinin bazar payı xeyli azalıb, lakin ötən ilin sonunda şirkətin verdiyi bəyanata əsasən, o, 2013-cü ildə yenidən dirçəlməyi planlaşdırır.

Emil Hüseynov



Baxış sayı: 684

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024