12px13px15px17px
Tarix:20/02/13

“Teleradio” İB yeni FM verici istismara verib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi ölkə ərazisində yayım keyfiyyətinin artırılması və yayım səviyyəsinin optimal yayıma uyğunlaşdırılması məqsədilə davamlı olaraq tədbirlər həyata keçirir.

"ICTnews" elektron xəbər xidmətinin birliyə istinadən verdiyi məlumata görə, Xızı radio-televiziya stansiyasında 100.2 MHs tezlikdə fəaliyyət göstərən 250 Vt-lıq FM vericinin, daha güclü və müasir tipli 1000 Vt-lıq FM vericisi ilə əvəz olunması da bu qəbildəndir.

Qeyd edək ki, FM vericinin istehsalçısı qismində "Vigintos Elektronika" şirkəti çıxış edir.

CAHANGİR



Baxış sayı: 844

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024