12px13px15px17px
Tarix:21/02/13

Hansı ölkənin bütün ərazisində pulsuz “Wi-Fi” mövcuddur?

Niue dövləti Yeni Zelandiyanın yaxınlığındakı eyni adlı adada yerləşir. 2003-cü ildə Niue dünyanın ilk "Wi-Fi-ölkəsi" olub.

"ICTnews.az" elektron xəbər xidməti "mirfactov.com" saytına istinadən bildirir ki, ölkənin istənilən nöqtəsində "Wi-Fi"-ya qoşulmaq mümkündür və bunun üçün provayderdə qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Şəbəkəyə çıxış pulsuzdur. Həmçinin Niue dövləti yaxınlığında öz yaxtalarında üzən turistlər belə internetə pulsuz çıxış imkanı əldə edəcək.

Bütün bunlar amerikalı iş adamı Uilyam Semiçin sayəsində mümkün olub. O, ölkənin bütün ərazisini internetlə təmin edib. Semiç əvəzində Niuenin dövlət domenini (.nu), həmçinin onun idarəsini və ad satışı hüququnu götürüb. Onun illik gəliri 4 milyon dollar təşkil edir.

Emil Hüseynov



Baxış sayı: 699

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024