12px13px15px17px
Tarix:21/02/13

Bakıda “E-Hökumət: gömrük sahəsində innovasiyalar” mövzusunda V Beynəlxalq konfrans keçiriləcək

Cari ilin 6-7 may tarixlərində Bakıda "E-Hökumət: gömrük sahəsində innovasiyalar" mövzusunda V Beynəlxalq konfrans keçiriləcək. "İCTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Komitədən bildirilib ki, konfransda "Elektron hökumət"in qurulması istiqamətində, o cümlədən beynəlxalq gömrük sahəsində tətbiq edilən ən müasir həllər, innovativ, texnoloji yanaşmalar müzakirə ediləcək, təcrübə mübadiləsi aparılacaq.

Konfransda iştirak etmək istəyən şirkət və təşkilatlar əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat forması 1 aprel 2013-cü il tarixinə kimi e-poçt və faks vasitəsilə konfransın Təşkilat Komitəsinə (Anar Süleymanov; tel: +99412 439 73 85; fax: +99412 497 59 20; conference@customs.gov.az) göndərilməlidir.

HƏQİQƏT



Baxış sayı: 851

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024