12px13px15px17px
Tarix:21/02/13

Oyunsevərlərə müjdə

“Sony” şirkəti rəsmən “PlayStation 4” yeni nəsil oyun qurğusunu təqdim edib. “ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, yeni qurğu standart proqram təminatına əsaslanır və “X86” arxitekturalı prosessordan istifadə edir ki, bu da oyun yaradıcılarının işini xeyli asanlaşdırmalıdır.

“Sony” nümayəndələri aparatın oyun sənayesini yeni səviyyəyə yüksəldəcəyinə əminliklərini ifadə ediblər. Xüsusilə, qurğu sosial platformalara inteqrasiya ediləcək ki, bu da faktiki olaraq tamamilə videooyunlara həsr edilən dünya sosial şəbəkəsini yaratmağa imkan verəcək.

Bundan başqa, “PlayStation 4” üçün “DualShock 4” adlandırılan kontroller də təqdim olunub. Kontrollerin əvvəlki modellərdən əsas fərqləndirici cəhəti taçpad (sensorlu idarəetmə), qulaqcıq çıxışı və əlavə düymələrin olmasındadır. “PlayStation 4”-ün rəsmi qiyməti haqqında məlumat hələ ki verilmir.

Emil Hüseynov



Baxış sayı: 701

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024