12px13px15px17px
Tarix:21/02/13

Azərbaycanda internet üzərindən kredit ödənişləri kütləviləşir

Ölkədə internet istifadəçilərinin sayının kifayət həddə çatması, üstəlik, internet xidmətlərinin keyfiyyətinin yüksəlməsi və nağdsız ödənişlərin təşviq edilməsi yeni situasiyalar yaratmağa başlayıb. Artıq bir çox şirkətlər, eləcə də bank sektoru öz fəaliyyətlərində internetdən və nağdsız ödənişlərdən geniş şəkildə istifadə etməyə üstünlük verir.


"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bütün bunları nəzərə alan “Bank Respublika”nın idarə heyətinin üzvləri kredit ödəmələrinin internet üzərindən həyata keçirilməsi sisteminin işə salınması haqqında qərar qəbul edib. Artıq sistem işlək vəziyyətə gətirilib və kredit ödəyənlər bundan tam sərbəst formada, üstəlik, ölkənin istənilən ərazisindən yararlana bilərlər.

İnternetə çıxışı olan hər bir şəxs banka gəlmədən, vaxtını itirmədən, əlavə xərclər çəkmədən, mənzilindən də kredit ödəmələrini həyata keçirə bilər. Bunun üçün sadəcə olaraq bankın rəsmi internet səhifəsinə daxil olaraq «kreditin onlayn ödənişi» bölməsini seçmək lazımdır.

Bu barədə “Bank Respublika”dan saytımıza verilən məlumata görə, adıçəkilən bank müştərilərə kredit borclarını onlayn ödəmək imkanı yaradan “cari hesaba mədaxil” xidmətini təqdim edir: «Bank yenidən müştərilərin vaxtına qənaət etmək məqsədilə rahat və etibarlı ödəniş üsulunu tərtib edib. İnternet vasitəsi ilə “www.bankrespublika.az” “Kreditin onlayn ödənişi” səhifəsinə daxil olub hesab və şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edin (seriyanın yalnız rəqəm hissəsini AZE 12345678). Növbəti səhifələrdə ödəniləcək məbləği (3000 AZN-dən çox olmamalı), kredit kart məlumatlarını və təhlükəsizlik kodunu qeyd etmək lazımdır. İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır.

Cari hesaba vəsaiti köçürəndən sonra hesaba bağlı kredit üzrə borc müəyyən edilib kredit cədvəlinə uyğun silinəcək, kredit borcu avtomatik olaraq cari hesabdan ödəniləcək. Plastik kart üzrə kredit borcunun onlayn ödənilməsi üçün həmin karta bağlı cari hesab nömrəsini (daxil edilməsi vacib olan) bankda dəqiqləşdirmək lazımdır (kart nömrəsi bu əməliyyatın aparılması üçün istifadə olunmur). Kredit borcunun onlayn ödənilməsi üçün, lütfən müvafiq bölməyə keçin».


SEYMUR



Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024