12px13px15px17px
Tarix:21/02/13

"Solar Impulse" təyyarəsi benzinsiz ABŞ-ı qət etməyə hazırlaşır

“Solar Impulse” təyyarəsi bu gün ABŞ-a doğru istiqamət götürüb: ölkənin Qərb sahilindən Şərq sahilinədək olan məsafəni benzinsiz qət edəcək. Qeyd edək ki, İsveçrədə hazırlanmış təyyarə günəş enerjisi ilə işləsə də, hələ ki transatlantik uçuşların öhdəsindən gələ bilmir və buna görə də o, Yeni Dünyaya "Boinq 747" yük təyyarəsinin bortunda çatdırılacaq.

Bu səhər "Boinq" İsveçrənin Payern şəhərində yerləşən hərbi aerodromundan uçaraq ABŞ-a doğru istiqamət götürüb. "Bizim uçuşumuz mayın əvvəlində San-Fransisko - Vaşinqton – Nyu-York marşrutu üzrə başlayacaq". Bu barədə layihənin həmtəsisçisi, mühəndis və pilot Andre Borşberq bildirib.

Uçuş iyulun əvvəlində başa çatmalıdır. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, 40 at gücünə malik günəş təyyarəsi 3-4 mərhələyə bölünmüş 5 min kilometr uzunluğunda marşrutu qət edərək Nyu-Yorkda Con Kennedi adına aeroportda yerə enəcək. "Nəzəri cəhətdən bizim təyyarəmiz bu məsafəni bir dəfəyə də qət edə bilər, lakin bu, pilot üçün çətindir, çünki təyyarə avtopilotla təchiz edilməyib" – Andre Borşberq bildirib.

O, günəş təyyarəsinin imkanlarının nümayişi üçün ABŞ-ın seçilməsini dünya aviasiyasının tarixi ilə əlaqələndirib. "1903-cü ildə Rayt qardaşlarının ilk uçuşu və 1927-ci ildə Çarlz Lindberqin Atlantik okeanı üzərindən təkbaşına uçuşu arasında, həmçinin ABŞ-ın Qərb sahilindən Şərq sahilinə qədər uçuş da olub. Biz də ilk əvvəl onu təkrarlamaq istəyirik.

Emil Hüseynov



Baxış sayı: 1088

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024