12px13px15px17px
Tarix:21/02/13

“Microsoft” qlobal kampaniyaya başlayıb

"Microsoft" korporasiyası bütün öz poçt xidmətlərinin "Outlook.com" vahid portalına daşınması üzrə qlobal kampaniyaya başlayıb. "Hotmail" xidmətinin istifadəçilərinə cari il yayın sonunda avtomatik olaraq "Outlook.com" xidməti tərəfindən xidmət göstəriləcək. Köhnə poçt qutularına məxsus mesaj, əlaqə və sazlamalar yeni sistemə daşınacaq. Korporasiya bildirib ki, istifadəçilər, həmçinin öz əvvəlki elektron ünvanlarını saxlaya biləcək.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, korporasiya yeni poçt xidmətinin reklam kampaniyasına 30-90 milyon dollar xərcləməyi planlaşdırır. "Outlook.com" xidmətində ediləcək yeniliklər arasında bir mesaj vasitəsilə böyük həcmli məlumatın göndərilməsi olacaq.

Bundan başqa, "Hotmail" xidməti ilə müqayisədə reklamın ümumi həcmi 60 faiz azaldılacaq. "comScore" tədqiqat şirkətinin mütəxəssislərinin fikrincə, yeni poçt xidməti bu bazarın "Gmail" və "Yahoo" kimi "oyunçu"ları ilə mübarizə aparmalı olacaq.

Emil Hüseynov



Baxış sayı: 966

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024