12px13px15px17px
Tarix:21/02/13

“IBM” şirkətinin təşkilatçılığı ilə Bakıda forum keçirilib

Bu gün artıq sirr deyil ki, informasiya texnologiyalarının inkişafı, iqtisadiyyatın müxtəlif sahələrinin yüksəlişinə həlledici təsir göstərir: iqtisadiyyatın rəqabət qabiliyyəti indeksi İKT inkişaf indeksinə tam mütənasibdir. Fevralın 21-də baş tutmuş "IBM" forumunda texnologiyaların biznes və cəmiyyətin inkişafına göstərdikləri təsir, müxtəlif yönümlü təşkilatların bazarın tələbatlarına çevik reaksiya nümayiş etdirməsi və rəqibləri ötmə imkanları haqqında müzakirələr aparılıb.

IT-infrastrukturunun müasirləşdirilməsi "Azersun" şirkətinə, IT-sistemlərinin enerji sərfiyyatını 30% gədər azaldaraq, müştərilərə daha keyfiyyətli xidmət göstərməyə imkan verib. "Azersun"-un IT-infrastrukturunun idarə edilməsi üzrə departamentin rəhbəri Ruslan Quliyev, Azərbaycanın ÜDM mühüm töhfə verən şirkətin həll etdiyi məsələlərdən danışıb. "Məlumat həcmlərinin daim artması, IT-sistemlərin həddindən artıq yüklənməsi IT-infrastrukturunu təkmilləşdiriləcək yeni, platforması innovativ "IBM PureFlex" üzərində qurulan, layihənin başlanmasına gətirib çıxardı".

Tədbirdə çıxış edən Azərbaycan Beynəlxalq Bankının IT Direktoru Yalçın Tağızadə bildirib ki, Azərbaycan Beynəlxalq Bankı qarşısında oxşar vəzifələr dayanırdı: müştəri bazasının artması və bank sistemlərinin son dərəcə yüklənməsi əməliyyatlarda ləngimələrə səbəb olur, müştərilərlə işə mənfi təsir göstərirdi. Bununla əlaqədar, aparat infrastrukturunun "IBM Storwize V7000" məlumat saxlama sistemi bazasında təkmilləşdirilməsi haqqında qərar verildi. Onun sözlərinə görə, bu layihənin reallaşdırılması bank günü qapanması prosedurunu iki dəfə sürətləndirib, həmçinin, müştərilərə daha keyfiyyətli və operativ xidmət göstərməyə imkan verib.

"IBM" şirkətinin MDB ölkələri üzrə satış Direktoru Sergey Tabulin müasir şəhərlərdə əhali artımı və şəhər infrastrukturunun qüvvətdən düşməsi şəraitində yaranan amillərdən danışaraq qeyd edib ki, hər ay dünyada şəhər əhli 5 milyon nəfər artır. Şəhərlər intellektual və maliyyə resursları mübarizəsi ilə üz-üzə gəlirlər. "İnsanları və maliyyə yatırımlarını cəlb etmək üçün, şəhərlər gündəlik həyatda maksimal dərəcədə rahat, işgüzar fəaliyyət üçün faydalı olmalıdırlar".

Qeyd edək ki, "IBM" özünün şəhərlər üçün intellektual infrastruktur inkişafı təcrübəsini – "Ağıllı şəhər" konsepsiyasını forum çərçivəsində təqdim edib. "Ağıllı şəhər" – nəqliyyat, enerji istehlakı, su təchizatı, vətəndaşlara xidmət, video müşahidə, naviqasiya və telekommunikasiya sistemlərinin inteqrasiyası sahələri daxil olmaqla - şəhər təsərrüfatının effektiv idarə edilməsi deməkdir. Onların vahid intellekt birliyi şəhərin fəaliyyətini keyfiyyətli, rahat və təhlükəsiz etməyə kömək edir.



Baxış sayı: 736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024