12px13px15px17px
Tarix:22/02/13

Sürətli poçt xidmətləri menecerləri üçün treninq-seminar keçiriləcək

Cari ilin 12-15 mart tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində “EMS-sürətli poçt xidmətləri” menecerləri üçün treninq-seminar keçiriləcək. Seminarda Ümumdünya Poçt İttifaqının Avropa və Asiya regionunun bir sıra ölkələrinin poçt operatorları, o cümlədən Azərbaycan Milli Poçt Operatoru “Azərpoçt” MMC-nin nümayəndələri - Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi N.Qalayev və “Azəreksprespoçt” RM-in rəis müavini A.Məmmədov iştirak edəcək.

Ümumi poçt sahəsinə aid bütün yeni texnologiyalar və sistemlər öncə EMS xidmətində, sonradan isə adi poçtda tətbiq edildiyi nəzərə alınaraq həmin seminarda RİTN-in tapşırığı ilə iştirakı təmin ediləcək.


Seminarda EMS xidmətində mövcud və yeni texnologiyalara və sistemlərə dair treninqlər keçiriləcək, həmçinin gömrük, keyfiyyətə görə hesablaşma, marketinq siyasəti və s. məsələlərə toxunulacaq. Sözügedən tədbirdə müzakirə ediləcək mövzular müxtəlif olduğundan orada ayrı-ayrı sahələrdən olan nümayəndələrin də iştirakı gözlənilir.

RƏVAN



Baxış sayı: 1001

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024