12px13px15px17px
Tarix:22/02/13

Google” şirkəti “Chrome OS” bazasında noutbuk təqdim edib

“Google” şirkəti “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən sensor ekranlı “Pixel Chromebook” noutbukunu təqdim edib. “ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, ABŞ-da 1300 dollara “Wi-Fi” versiyalı “Pixel Chromebook”un satışına başlanılıb. LTE şəbəkələri (eləcə də WiFi-ı) dəstəkləyən versiya apreldə satışa çıxarılacaq və ABŞ-da 1450 dollara satılacaq.

Yeni qurğu “Microsoft” və “Apple” şirkətlərinin bazardakı həlləri ilə rəqabət aparacaq. “Chromebook Pixel” dizaynına görə “Apple” noutbuklarını xatırladır. Aparat anod alümin korpusa malikdir. Bundan başqa, displeyi xüsusi qeyd etmək lazımdır. Modelin ekranı sensor funksiyaları imkanları ilə 12,85 düym və 4,3 milyon piksellidir ki, bu da adi HD ekrandakından iki dəfə çoxdur.

Qurğu “Intel” (Core i5) istehsalı olan prosessorun əsasında işləyir. “Google” bütün alıcılara 3 illik müddətə pulsuz olaraq “Google Drive” “bulud” servisində 1 TB yaddaş tutumunu hədiyyə edir. Şirkət nümayəndələri yeni məhsulu strateji baxımdan mühüm məhsul adlandırmaqla gələcəkdə onu inkişaf etdirəcəklərini bildirirlər.

Emil Hüseynov



Baxış sayı: 817

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024