12px13px15px17px
Tarix:22/02/13

Rasim Cabbarov: «Azərbaycanda çip texnologiyasının qurulması nəzərdə tutulub»

«Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin qarşısında duran əsas prioritet istiqamətlərə uyğun olaraq, nanomaterialların yeni A-CVD metodu ilə alınması və tətbiq olunması, energetik texnologiyaların, molekulyar elektronika, tibbi istiqamətlərin və gələcəyin texnologiyasının (konvergent texnologiyanın) yaradılması nəzərdə tutulur.

Bu müddətə qədər mərkəzin fəaliyyəti sadaladığımız elm tutumlu iqtisadiyyatın istehsal səviyyəsinə çatdırılmasına xidmət edib».

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri mərkəzin elmi tədqiqat şöbəsinin müdiri Rasim Cabbarov söyləyib. O bildirib ki, sözügedən mərkəzdə mövcud laboratoriya avadanlıqlarından istifadə etməklə az enerji tələb edən və ekoloji təmiz işıq 100 vatlıq 30-36 voltla işləyən, optik və elektrik parametrləri bu gün dünyada və Azərbaycanda istifadə olunan küçə işıqlarını, magistral yolları, park və bağçaları ağ-LED işıqları (aylıq istehsal gücümüz 1000 ədəd olan LED işıqlar alınır) alınıb:

«Bu LED işıqlanma sisteminə elmi iqtisadi baxış qapalı bir biznes sahəsidir ki, bunun formalaşması paralel olaraq Yüksək Texnologiyalar Parkının tam iqtisadi səmərə verməsinə əsas təkan verir və bu, ölkəmizdə tam olaraq yaxın gələcəkdə “Bərk Cisim İşıqlanma Sənayesi” (Solid State Laithing İndustruy) layihəsinin yaranmasını zəruri edir. Hesab edirik ki, hal-hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi daxilində YT (Yüksək Texnologiyalar) Parkının yaradılması dediyimiz “Bərk cisim işıqlanma” layihəsinə xidmət edəcəkdir. Bu layihənin həyata keçirilməsi Azərbaycanda yaradılan alüminium və yaradılası vacib olan polukarbonat istehsalını vacib edəcəkdir, mövcud alüminium zavodlarının rentabelliyinə və rəqabətə davamlı alüminium istehsalına marağı artıracaqdır.

Mərkəzdə nanoborular alınmış, eləcə də bir sıra sahələr üzrə uğurlu tədqiqat nəticələrinə və inkişafa nail olunmuşdur. Karbon nanoborularının tətbiqi sahələri çox yenidir və xüsusən də ölkəmizdə hal-hazırda dövlətin maraq dairəsində olan polimer borularda, ümumiyyətlə, kimya sənayesinin inkişafına əsl və zamanında töhfəsini verə bilər.

Bu sahədə aparılan işlərin keyfiyyətinin artırılması və ən son texnologiyalar əsasında daha yüksək nəticələrin alınması üçün layihənin növbəti mərhələsi olaraq mərkəzdə çip texnologiyasının qurulması nəzərdə tutulmuşdur. MOCVD (ÇİP-TEXNOLOGİYASI) (Metal orqanik kimyəvi qaz faza çökdürməsi) texnologiyası bu günün Hi-Tek. məhsullarının alınmasında əvəzolunmaz texnologiyadır. Hi-Tek. əsaslı texnologiya, Yüksək Texnologiyalar Parkının (YTP) qurulması və elm-tutumlu iqtisadiyyatın yaradılması bu texnologiyadan bəhrələnir».

SEYMUR



Baxış sayı: 1202

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024